Tam ekvivalentlik
1. Tam ekvivalentlik halları mümkündür, lakin bəzən elə olur ki, adətən, o qədər də mürəkkəb olmayan kommunikativ şəraitdə məhdud diapazonlu funksional xarakteristika mətnlərdə nisbətən tam ekvivalentlik müşahidə olunur. Tərcüməyə verilən tələblər mürəkəb və zidiyyətli olduqca «(tərcümə paradoksları, ziddiyyətləri)», tərcümə olunan mətnin funksional spektri geniş olduqca, orijinalın aynadakı kimi əksini tapan tərcümə mətnin yaradılması ehtimalı da azalır. 2. Tam ekvivalentlik ilkin mətnin kommunikativ - funksional invariantının bütövlüyünü nəzərdə tutur. Başqa sözlə, burada tərcüməyə verilən maksimal tələblərdən söhbət gedir.